Dövlət Komitəsinin sədri Gürcüstanın Yevangelik-Lüteran kilsəsinin yepiskopu ilə görüşüb

17-07-2017, 16:45
Oxunub: 28
Bakı dini icmasının sədri Vera Nesterova da iştirak edib


 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gürcüstanın Yevangelik-Lüteran kilsəsinin yepiskopu Hans Yoakim Kiderlen ilə görüşüb.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, M.Qurbanlı Azərbaycanın tolerant ölkə olduğunu, milli-mənəvi və dini dəyərlərə böyük önəm verildiyini, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradıldığını bildirib. 

O, Azərbaycanda heç vaxt dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurması baş vermədiyini, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlərin mövcud olduğunu diqqətə çatdırıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.

Hans Yoakim Kiderlen bu gün dünyada dini-etnik millətçilik ideyalarının vüsət alması fonunda Azərbaycanda multikulturalizm və tolerantlıq ideyalarının inkişaf etməsinin hamıya örnək olduğunu bildirib.

Qeyd edək ki, görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavini Səyavuş Heydərov, Almaniyanın Azərbaycandakı səfirinin birinci katibi Paul Amann və Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova da iştirak edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti