Monqolustanın yeni prezidenti iqamətgahda yaşamaqdan imtina edib

17-07-2017, 16:33
Oxunub: 110
400 metrlik məsafəni piyada getmək istəyir


Monqolustanın yeni Prezidenti Xaltmaagiyn Battulqa parlamentin sədri və baş nazirin yaşadığı evlərin yaxınlığında yerləşən "İx Tenger" prezident iqamətgahında yaşamaqdan imtina edib.

"Report”un "Monqoliya Seyças"a istinadən verdiyi xəbərə görə, son 63 ildir Monqolustanın bütün başçıları xüsusi qorunan Boqd-Xan-Uul dağında yerləşən ərazidə yaşayıblar.

Prezident X.Battulqa Mərkəzi poçtun yaxınlığında yerləşən və o qədər də böyük olmayan evdə yaşamaq qərarına gəlib. Dövlət başçısı işə 400 metrlik məsafəni piyada getmək istəyir.

Ölkənin Prezident Administrasiyası bir çox məmurların da böyük "Jeep"lərdən və digər dəbdəbədən imtina edəcəyinə ümid bəsləyir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti