Nigeriyada məsciddə baş verən partlayış nəticəsində 8 nəfər həlak olub

17-07-2017, 16:04
Oxunub: 86
Partlayış nəticəsində daha 15 nəfər yaralanıb


Nigeriyanın şimal-şərqində yerləşən Mayduquri şəhərinin məscidində baş verən terror aktın nəticəsində 8 nəfər həlak olub.

"Report" AFP-yə istinadən xəbər verir ki, partlayıcı qurğunu terrorçu-kamikadze qadın işə salıb.

Borno ştatının Fövqəladə Hallar Agentliyinin rəhbəri Əhməd Satominin məlumatına görə, partlayış nəticəsində daha 15 nəfər yaralanıb.

O bildirib ki, yerli sakinlər qızın davranışından şübhələnərək, onu izləməyə başlayıblar. O, məscidə yaxınlaşarkən, sakinlər onun üzərində axtarış aparmaq istəyib, lakin qız gözlənilmədən məscidə qaçaraq partlayıcı qurğunu işə salıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti