Rusiyada keçiriləcək dünya çempionatı üçün ən ucuz biletin qiyməti açıqlanıb

17-07-2017, 14:49
Oxunub: 288
Qalib adını Almaniya qazanıb


 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının oyununa ən ucuz bilet 1280 rubl (hazırkı kursla 37 manat) olacaq. "Report"un məlumatına görə, bu barədə "Rusiya-2018" təşkilat komitəsinin sədri Aleksey Sorokin açıqlama verib. 

A.Sorokin bildirib ki, bu məbləğ FİFA ilə çoxdan razılaşdırılıb. O, ali futbol qurumundan belə biletlərin sayını çoxaltması xahişi etdiklərini söyləyib: "İstərdik ki, öz vətəndaşlarımız mümkün qədər çox bilet ala bilsinlər. Hazırda bununla bağlı danışıqlar aparırıq". 

Dördüncü (ən ucuz) kateqoriyalı bilet əldə etmə hüququna təşkilatçı ölkə vətəndaşları malikdirlər. Konfederasiyalar Kubokununda qrup mərhələsinin oyunlarına belə biletlər 960 rubla olub. Qalib adını Almaniya qazanıb. 

Qeyd edək ki, DÇ-2018 gələn il 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti