Azərbaycanın qeyri-neft iqtisadiyyatı 2% artıb

17-07-2017, 14:44
Oxunub: 119
Məhsula və idxala xalis vergilər 2 247,8 mln. manat təşkil edib


Cari ilin birinci yarısında Azərbaycanda 31 310,6 mln. manat və ya əhalinin hər nəfərinə 3 224,6 manat dəyərində ümumi daxili məhsul istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin I yarısında iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7% artıb, neft-qaz bölməsində isə 6,6% azalıb.

Ümumi daxili məhsulun 13 195,2 mln. manatı sənayedə, 3 414,6 mln. manatı ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 25 36,8 mln. manatı tikintidə, 2 249,6 mln. manatı nəqliyyat və anbar təsərrüfatı, 1 559,9 mln. manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 846,6 mln. manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 548,4 mln. manatı informasiya və rabitə sahələrində, 4 711,7 mln.manatı digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər 2 247,8 mln. manat təşkil edib.Cari ilin birinci yarısında Azərbaycanda 31 310,6 mln. manat və ya əhalinin hər nəfərinə 3 224,6 manat dəyərində ümumi daxili məhsul istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin I yarısında iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7% artıb, neft-qaz bölməsində isə 6,6% azalıb.

Ümumi daxili məhsulun 13 195,2 mln. manatı sənayedə, 3 414,6 mln. manatı ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 25 36,8 mln. manatı tikintidə, 2 249,6 mln. manatı nəqliyyat və anbar təsərrüfatı, 1 559,9 mln. manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 846,6 mln. manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 548,4 mln. manatı informasiya və rabitə sahələrində, 4 711,7 mln.manatı digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər 2 247,8 mln. manat təşkil edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti