Məcburi köçkünlər aksiya keçirib

15-04-2013, 14:32
Oxunub: 1249


Apreli 15-i Bakıda bir qrup məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında aksiya keçirib. Nəticədə əraziyə çoxlu sayda polis qüvvəsi cəlb olunub.

Yolu bağlamaq istəyən sakinlərə polis müdaxilə edib. Füzuli sakini Əhəd Məmmədlinin musavata verdiyi məlumata görə, onlar dövlət komitəsi tərəfindən verilən evlərdən narazıdırlar: "Ailədə 6 nəfərik. Bizə iki otaqlı ev veriblər. Biz o evlərdən imtina edirik. Kim pul vermişdisə onlara 3-4 otaqlı mənzillər payladılar”.

Aksiya keçirən məcburi köçkünlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüş tələb ediblər. Aksiya keçirən köçkünlərin nümayəndəsi komitə sədri ilə görüşdürülüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti