PKK üzvləri Türkiyənin cənub-şərqində partlayış törədib

17-07-2017, 14:32
Oxunub: 59
17 hərbçi yaralanıb


Türkiyənin cənub-şərqində Hakkari vilayətində PKK üzvləri tərəfindən yolda quraşdırılmış əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində 17 hərbçi yaralanıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Hərbi nəqliyyat vasitələrinin yolla hərəkəti zamanı terrorçu PKK üzvləri Hakkari vilayətinin Yüksekova rayonunun Esendərə kəndi yaxınlığında əldəqayırma partlayıcı qurğunu işə salıb. Nəticədə 17 hərbçi yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisəni törədənlərin neytrallaşdırılması istiqamətində əməliyyat davam etdirilir", - Türkiyə baş qərargahının məlumatında deyilir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti