Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi 29 vəzifəli şəxsi intizam məsuliyyətinə cəlb edib

17-07-2017, 13:16
Oxunub: 26
“Həmin materialların 75-i (60%) üzrə cinayət işi başlanıb"


Bu ilin ilk 6 ayı ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 3656 müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, bunu Baş prokurorun müavini, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi hesabat tədbirində bildirib.

O əlavə edib ki, həmçinin 125 cinayət xarakterli material araşdırılıb: “Həmin materialların 75-i (60%) üzrə cinayət işi başlanıb, 50 (40%) material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 29 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti