Bakıda keçiriləcək beynəlxalq konfransın proqramı açıqlanıb

17-07-2017, 13:14
Oxunub: 32
Onlar konfransda nitq söyləyəcəklər


Qüds məsələsi ilə bağlı iyulun 20-21-də Bakıda keçiriləcək beynəlxalq konfransın proqramı açıqlanıb.

"Report" BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitənin saytına istinadən xəbər verir ki, tədbirə Azərbaycanın hökumət nümayəndələri, BMT baş katibinin xüsusi elçisi, İslam Əməkdaşlıq Təşkilatının və Fələstin dövlətinin rəsmiləri qatılacaqlar.  

Onlar konfransda nitq söyləyəcəklər. 

Bakıya gələcək Fələstin nümayəndə heyətinə bu ölkənin BMT yanında daimi müşahidəçisi Riyad Mənsur başçılıq edəcək.

Konfrans çərçivəsində "Şərqi Qüdsdə işğal altındakı həyat", "Şərqi Qüdsə yeni yanaşma", "Şərqi Qüdsə beynəlxalq və regional dəstək" mövzularında panel müzakirələri keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti