Azərbaycan Dövlət Neft Fondunun aktivləri 5% artıb

17-07-2017, 13:08
Oxunub: 63
İyulun 1-nə 34 790,9 mln. ABŞ dolları təşkil edib


Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2017-ci ilin yanvar-iyun ayları ərzində 4,96% artıb.

“Report”a Fonddan verilən məlumata görə, nəticədə Fondun aktivlərinin həcmi iyulun 1-nə 34 790,9 mln. ABŞ dolları təşkil edib.

Bildirilib ki, aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına baş verib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti