"Vertu" şirkəti iflas oldu

17-07-2017, 12:45
Oxunub: 234
"Vertu" 1998-ci ildə "Nokia" şirkəti tərəfindən qurulub


Türkiyəli işadamı Hakan Uzanın 4 ay bundan öncə çinli biznesmendən aldığı məşhur lyuks mobil telefon markası "Vertu"nun ləğv olunacağı bildirilib. 

"Report"un "Haberler" saytına istinadən verdiyi xəbərə görə, brilyant və qiymətli metallarla işlənib hazırlanan telefonlar istehsal edən "Vertu" son zaman maliyyə problemləri ilə üzləşmişdi. H.Uzan 1,9 mlrd. funt sterlinq yatırımla şirkəti iflasdan qurtarmağa çalışsa da, 128 mlrd. funt sterlinq büdcə kəsiri buna imkan verməyib. Şirkət "Vertu"nun artıq ləğv olunma prosesinə daxil olduğunu bəyan edib.

Qeyd edək ki, "Vertu" 1998-ci ildə "Nokia" şirkəti tərəfindən qurulub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti