Rusiyanın energetika naziri Nigeriyalı həmkarı ilə görüş planlaşdırmır

15-07-2017, 18:10
Oxunub: 345
İyulun 24-də keçiriləcək OPEC və təşkilata üzv olmayan ölkələrin iclasına qatılmayacaq


Rusiyanın energetika naziri Aleksandr Novak və Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu arasında ayrıca görüş keçirilməsi planlaşdırılmır.

“Report” “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, A Novak iyulun 24-də OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin iclasında  yalnız Monitorinq komitəsində görüş olacağını qeyd edib.

Qeyd edək ki, Nigeriyanın neft naziri “Bloomberg” agentliyinə bildirib ki, iyulun 24-də keçiriləcək OPEC və təşkilata üzv olmayan ölkələrin iclasına qatılmayacaq. Bununla belə o, Rusiya və Səudiyyə Ərəbistanın nazirləri ilə görüşəcəyini qeyd etmişdi.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində kartelin üzv və qeyri-üzv dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

Nigeriya OPEC+ anlaşmasında istisna ölkə kimi qəbul edilib. Onun neft hasilatını artırmasına və ölkənin normal zamanlardakı hasilat səviyyəsinə çatdırılmasına icazə verilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti