Qəbul imtahanında istifadə olunmuş testlərin izahı DİM-in saytında yerləşdirilib

15-07-2017, 16:25
Oxunub: 163
Ödəniş etməklə əldə etmək olar


II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

DİM-dən APA-ya verilən məlumata görə, 14 iyulda ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı > test tapşırıqlarının izahı” (http://eservices.tqdk.gov.az/ejurnal/) xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti