Azərbaycanda uzun ömürlü neçə insan var?

15-04-2013, 14:04
Oxunub: 3566


Hal-hazırda Azərbaycanda yaşı 100-dən yuxarı olan 838 nəfər vətəndaş yaşayır. Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə görə, yaşı 100-dən çox olanların böyük əksəriyyəti - 838 nəfərdən 814-ü qadın, 24 nəfəri isə kişidir.

Bakıda isə yaşı 100-dən yuxarı olanların sayı 56 nəfərdir. Paytaxtda yaşı yüzü keçənlərin arasında kişilər yoxdur. Abşeron iqtisadi rayonunda isə 5 nəfər yaşı 100-dən çox olan insan (hamısı qadın) yaşayır.

Azərbaycanın bölgələri üzrə də vəziyyət fərqlidir. Yaşı 100-dən yuxarı olan insanların sayına görə birinci yerdə Yuxarı Qarabağ iqtisadi rayonu gəlir. Burada 258 nəfər 100-dən yuxarı yaşı olan insan yaşayır ki, onların 14-ü kişi, 244-ü isə qadındır. Gəncə-Qazax iqtisadi rayonunda 174 nəfər (hamısı qadın), Aran iqtisadi rayonunda 120 nəfər (hamısı qadın), Kəlbəcər-Laçın iqtisadi rayonunda 103 nəfər (3 kişi, 100 qadın), Naxçıvan iqtisadi rayonunda isə 48 nəfər (7 kişi, 41 qadın), Dağlıq Şirvan iqtisadi rayonunda 33 nəfər (hamısı qadın), Lənkəran iqtisadi rayonunda 25 nəfər (hamısı qadın), Quba-Xaçmaz iqtisadi rayonunda 11 nəfər (hamısı qadın), Şəki-Zaqatala iqtisadi rayonunda 5 nəfər (hamısı qadın) yaşı 100-dən çox olan insan yaşayır.

Respublikanın ayrı-ayrı rayonları üzrə göstəricilər də müxtəlifdir. Belə ki, Tovuzda 65 nəfər (hamısı qadın), Ağdamda 58 nəfər (1 kişi, 57 qadın), Xankəndidə 55 nəfər (1 kişi, 54 qadın), Kəlbəcərdə 53 nəfər (1 kişi, 52 qadın), Tərtərdə 52 nəfər (hamısı qadın), Gədəbəydə 50 nəfər (hamısı qadın), Xocavənddə 39 nəfər(hamısı qadın), Şuşada 34 nəfər (7 kişi, 27 qadın), Laçında 33 nəfər (1 kişi, 32 qadın), Şəmkirdə 27 nəfər (hamısı qadın), Sabirabadda 22 nəfər (hamısı qadın), Hacıqabulda 15 nəfər (hamısı qadın), Babəkdə 14 nəfər (3 kişi, 11 qadın), Goranboyda 13 nəfər (hamısı qadın), Biləsuvarda 13 nəfər (hamısı qadın), Ağsuda 12 nəfər (hamısı qadın), Qazaxda 12 nəfər (hamısı qadın) yaşı 100-ü keçmiş şəxs yaşayır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti