DYP sərnişin və yük daşınması ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib

14-07-2017, 18:13
Oxunub: 159
Uyğun qaydada müvafiq tədbirlər görüləcək


 Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərnişin və yük daşınması fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

“Report”un xəbərinə görə, müraciətdə bildirilib ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında təhlükəsizliyin təmin olunması məqsədi ilə iyul ayının 17-dən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birgə respublika ərazisində tədbir keçirəcək.

Reydlər zamanı sərnişin və yük daşımaları sahəsində çalışan sürücülərin iş və istirahət rejiminə əməl etmələrinə ciddi nəzarət olunacaq, müvafiq kateqoriyalı sürücülük vəsiqəsi, fərqlənmə nişanı, marşrut kartı olmayan, avtovağzallarda müvafiq sənədləşmə aparmadan şəhərlərarası sərnişin daşıma fəaliyyəti göstərən, reysqabağı tibbi müayinədən keçməyən, eləcə də avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması qaydalarına riayət etməyən və ümumilikdə daşıma qaydalarının pozulması hallarına yol verən fiziki və hüquqi şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti