FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində tədbir keçirilib

14-07-2017, 16:17
Oxunub: 194
Görülmüş işlər haqqında məlumat verilib


Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində tədbir keçirilib.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavini Cavanşir Alxasov, qurumlarda fəaliyyət göstərən Həmkarlar İttifaqı komitələrinin sədrləri tədbirdə iştirak edib.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tədbiri açaraq bildirib ki, bu toplantı əlamətdar günə - 14 iyul 1969-cu il tarixində Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etməsinin 48-ci ildönümünə təsadüf edir. O, ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yoluna tarixi-xronoloji  nəzər yetirib, onun Azərbaycana rəhbərlik etdiyi 34 ildə göstərdiyi xidmətlərdən bəhs edib. 

Sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının hesabat-seçki konfransı keçirilib,  görülmüş işlər haqqında məlumat verilib.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışı zamanı komitə üzvlərinə iş prosesində əməyin texniki təhlükəsizliyi qaydalarına dair tövsiyələrini verib.

Konfransda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin aparat və qurumlarında fəaliyyət göstərən Həmkarlar İttifaqı komitələrinin hesabatları dinlənilib.

Komitə sədrləri bildiriblər ki, prezidentin fərman və sərəncamları, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qərar, göstəriş və tövsiyələrinin üzvlər arasında təbliğ edilməsi, tarixi və əlamətdar günlərin,  bayramların, milli adət və ənənələrimizin təbliğinə həsr olunmuş tədbirlərin, komitə üzvü olan işçilərin ad günlərinin keçirilməsi, işçilərin sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlər həyata keçirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti