25 yaşlı qadın vəfat etdi

15-04-2013, 10:49
Oxunub: 661


Bakı şəhərinin Binəqədi rayonu ərazisində faciəvi hadisə baş verib.
 
Rayon Polis İdarəsindən verilən məlumata görə, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ev 13 ünvanında kirayə yaşayan 1988-ci il təvəllüdlü Cüciyeva Şəfaqət Ramazan qızının meyiti həmin ünvandan tapılıb. Evə gələn Ş.Cüciyevanın həyat yoldaşı Fərhad onun meyitini yataq otağından tapıb.
 
İlkin məlumata görə, 25 yaşlı qadın dəm qazından boğulub. Faktla əlaqədar araşdırmalar aparılır, ekspertizalar təyin edilib.
 
Qeyd edək ki, Ş.Cüciyeva yeni ailə həyatı qurub və F.Cüciyevlə Bakıya gəlib.
 
lent.az

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti