“SOCAR Methanol” və “SOCAR Polymer” arasında əməkdaşlıq memorandumu imzalanıb

13-07-2017, 15:43
Oxunub: 284
Təcrübəçilər zavodun fəaliyyəti ilə yaxından tanış olacaq


 “SOCAR Methanol” MMC və “SOCAR Polymer” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

“Report” xəbər verir ki, “SOCAR Methanol” əmək məhsuldarlığının artırılması üçün tələb olunan ixtisas və peşələr üzrə gənc kadrların işə cəlb olunması, kadrların inkişafında və onların formalaşmasında uyğun şəraitin yaradılmasını təmin etmək məqsədilə “SOCAR Polymer” MMC ilə təcrübəçilər haqqında məlumatın mübadiləsinə dair anlaşma memorandumu imzalayıb.

SOCAR-ın iki törəmə şirkəti - “SOCAR Methanol” və “SOCAR Polymer” yeni gənc peşəkar nəslin yetişməsinə şərait yaratmaq və yeni istedadları üzə çıxartmaq məqsədilə birgə əməkdaşlığa başlayıb. Belə ki, imzalanmış memorandum əsasında “SOCAR Polymer” tərəfindən təşkil olunmuş 2017-ci ilin Yay Təcrübə Proqramında iştirak edən bacarıqlı gənclər “SOCAR Methanol”un idarə etdiyi metanol zavodunda təcrübə üçün cəlb olunacaqlar. Təcrübəçilər zavodun fəaliyyəti ilə yaxından tanış olacaq, əsas istehsalat, köməkçi istehsalat, istehsal avadanlıqlarının təmiri və baxışı, nəzarət ölçü cihazları sahələri üzrə özlərini sınamaq imkanı əldə edəcəklər. İstehsalat zərurətini nəzərə alaraq və fərdi nəticələr əsasında seçilmiş gənc mütəxəssislər “SOCAR Methanol”da daimi işlə təmin oluna bilərlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti