DİM: Apellyasiyaya müraciət edən 38 şagirdin qiyməti dəyişdirilib

13-07-2017, 15:40
Oxunub: 193
Onlardan 38 şagirdin inşasının qiymətində dəyişiklik edilib


Ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyası nəticələri açıqlayıb.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 111 şagird (bütün inşa yazanların 0,41%-i) inşa üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Onlardan 38 şagirdin (bütün inşa yazanların 0,14%-i) inşasının qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə inşanın yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti