Gürcüstandan gələn ölkə vətəndaşından pirotexniki vasitələr götürülüb

12-07-2017, 14:19
Oxunub: 497
30 ədəd mobil telefon qutuları aşkar edilib


 Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı avtomobilin sağ və sol qanadlarının, arxa oturacağının içindən üzərində gürcü əlifbası ilə yazılar olan 640 qutu pirotexniki vasitə və 30 ədəd mobil telefon qutuları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti