Ayaz Mütəllibov: "Müharibədə hər şey ola bilər" - TARİXƏ BAXIŞ

12-07-2017, 13:04
Oxunub: 2967
"Məndən sonra minlərlə adam həlak oldu"


Etatist.com öz oxucuları üçün mütəmadi olaraq sabiq prezidentlərin, nazirlərin verdiyi müsahibələrdən qısa hissələri təkrar yayımlayır.

Burada məqsəd gənclərin 1990-cı illərdə baş verən hadisələrlə daha yaxından tanış olmasıdır.

Bu dəfə isə respublikanın birinci prezidenti Ayaz Mütəllibovun 1999-cu ildə Mirşahin Ağayevə verdiyi müsahibədən bir hissəni təqdim edəcəyik.

A.Mütəllibov Mirşahinin Xocalı faciəsi ilə bağlı verdiyi suala cavab verərkən bildirib ki, ondan sonra ölkə ərazisinin 20 faizi işğal olunub:

“Mənim zamanımda sərhəd öz yerində idi. Düzdür, Qarabağda gərginlik var idi, amma o dərəcədə də yox. Bəli, ölən də var idi, lakin nadir hallarda. Yadınızdadır, tabutları Prezident İqamətgahının yanından aparırdılar. Atəş açırdılar, yəni “ay prezident, bax bir tabut da gəldi, yenə Qarabağda oğullarımız öldü”. Məndən sonra minlərlə adam həlak oldu. Gəlin müqayisə edən. Xocalıdan niyə danışırıq?

Heyfislənirəm... Allah ölənlərə rəhmət eləsin. Ancaq müharibədə hər şey ola bilər. İtkin düşən də ola bilər, vəfat edənlər də var, kəndlər də gedə bilər, şəhərlər də. Müharibənin öz qanunları var. Heç kimə icazə verilmir ki, bir qəsəbədən ötrü və yaxud 200, 300, 700, lap 1000 nəfərdən ötrü ölkə rəhbərinə irad tutub onun istefasını tələb etsin. Müharibə zamanı heç kimə ixtiyar verilmir. Mən mənəvi baxımdan deyirəm”.

Qeyd edək ki, bundan əvvəl sabiq prezidentlər Əbülfəz Elçibəyinn və Heydər Əliyevin müsahibəsindən hissələr təqdim etmişdik.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti