"Müasir ədəbiyyat Bəxtiyar Vahabzadə ilə bağlandı" - Oxucudan müsahibə

11-07-2017, 12:58
Oxunub: 1119
"Əksər nağıllarımız SSRİ dönəminin məhsuludur"


Kitabıstan oxuculardan müsahibə almaqda davam edir. Bu dəfəki müsahibimiz Əli Mirzəzadədir.

Etatist.com sözügedən müsahibəni təqdim edir:

- Kitabıstan layihəsi ilə tanışsınız?
- Bəli, 2016-cı ildən.

- Layihəmiz haqqında nə düşünürsünüz?
- Məncə, çox əladır. Hətta deyə bilərəm ki, ən gözəl işi siz görürsünüz. İllər öncə bunu yazarlarımız, tarixçilərimiz, ziyalılarımız ediblər. Sizin də bu layihəyə başlamanız alqışlanası haldır.

- Oxuduğunuz ilk kitabı xatırlayırsınız?
- Əslində erkən yaşlarımda oxumağa başlamışam. “Cırtdan”, “Tıq-tıq xanım” və s.  Elə o zamandan da, çalışdıqca fasilə vermirəm 

- Sizcə Azərbaycan nağıllarında ciddi fikir varmı? Azərbaycan nağılları uşaqlara ideya verə bilirmi?
- Məncə, o qədər də ciddi bir şey yoxdur. Sadəcə uşaqları əyləndirmək məqsədi daşıyır. Yəni o qədər də dərin ideya yoxdur. Azərbaycan nağılı deyəndə ki, əksər nağıllarımız SSRİ dönəminin məhsuludur. Epik təsvirlər kimi xeyir qələbə qazanır, xoşbəxt sonluqla bitir. Yəni, bu qədər sadə.

- İndi hansı kitabı oxuyursunuz?
- Son zamanlar kitaba ara vernişəm, oxumuram, daha çox esselər oxumağa çalışıram.

- Kimlərin esselerini oxuyursunuz?
- Düzünü desəm yeni başlamışam, Alber Kamünün esselərini oxuyuram.

- Müasir Azərbaycan ədəbiyyatından kimləri oxumusunuz?
- Müasir Azərbaycan ədəbiyyatını mütəmadi qaydada oxumuram. Lakin göz gəzdirdiklərim olub. Sözün açığı müasir ədəbiyyatı heç bəyənmirəm. Savadsızlıq baş alıb gedir, folklorumuzu bilməyənlər əlinə qələm alır. Fikirlər çox dayazdır. Deyə bilərəm ki, müasir ədəbiyyat Bəxtiyar Vahabzadə ilə bağlandı. Yeni yazarların hamsını tənqid etmirəm. Aralarında ciddi intellektə sahib olanlar var. Lakin yazıçıya münasibət mənfi istiqamətdə dəyişib.

- Azərbaycanda təhsil sistemini inkişaf etdirmək üçün nə təklif edirsiniz?
- İslahatlar aparılsın, sovet müəllimləri, sovet metodikası uzaqlaşdırılsın. Müstəqil gəncliklə sovet insanları birlikdə uğurlu təhsil üsulları yarada bilmirlər. Çünki arada ciddi mənada fikir müxtəlifliyi var.

- Niyə Azərbaycan gənci öz ədəbiyyatını, öz tarixini oxumur?
- Bunun başlıca təməli məktəb savadından gəlir. Çünki düzgün istiqamət verə bilməyiblər gəncliyə. Gənclərin əksəriyyəti ədəbiyyatı, tarixi yalnız qəbul imtahanı üçün oxuyur və əzbərləyir.

- Özünüzü “Kitabıstan” vətəndaşı hesab edirsiniz?
- Xeyr, çünki mən o qədər mütaliəli deyiləm.
Nicat Həşimzadə
Kitabıstan
Etatist.com
Şərhlər : 1 Şərh yaz
Adil Ələmdar 14 iyul 2017 16:49  

Məncə Azərbaycan nağılları,bayatılar,dastanları,atalar sözləri millətin,xalqın milli fəlsəfəsidir.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti