Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edəcək

10-07-2017, 12:38
Oxunub: 194
Görüşdə iştirak etmək istəyənlər Nazirliyə və Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinə müraciət edə bilərlər


Kənd təsərrüfatı naziri Heydər Əsədov iyul ayının 14-də Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarının sakinləri ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən "Report"a daxil olan məlumata görə, görüşdə iştirak etmək istəyənlər Nazirliyə (012) 493 51 64; (050) 352 06 27) və Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinə (050) 623 86 37) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti