Burjuaziya nədir? - VİDEO/SORĞU

9-07-2017, 16:49
Oxunub: 143
Gənclərin əksəriyyəti "burjuaziya" sözünün hansı mənaya gəldiyini bilmir


Növbəti sorğumuz da aktual mövzu ilə bağlıdır.

Belə ki, tez-tez, xüsusilə də, gənclər arasında bu sözü eşidirik. Lakin çox insan bu sözün mənasını bilmir. Bu qənaətə gəlməyimizə səbəb isə şəhər sakinləri arasında keçirdiyimiz sorğudur. Gənclərin əksəriyyəti "burjuaziya" sözünün hansı mənaya gəldiyini bilmir. Yaşlı nəslin bunu bilməsinə səbəb isə SSRİ-da yaşamaları və bu ölkənin burjualara qarşı apardığı mübarizədir.

Etatist.com şəhər sakinləri arasında keçirdiyi növbəti sorğunu təqdim edir:


Burjuaziya kapitalist cəmiyyətinin mülkiyyətə malik olan və ondan gələn gəlirlə yaşayan sosial sinfidir. Orta əsrlərdə cəmiyyət şəhərlilərə və kəndlilərə bölünürdü. Seçilmiş şəhər sakinləri isə burjuaziya, tək olaraq burjua adlanırdı. Feodalizm dövründə isə azsaylı şəhər əhalisini kəndli kütləsindən ayırmaq üçün onları burjuaziya. "Burjuaziya" termini öz əhəmiyyətinə görə XV əsrdə imkanlı şəhər əhalisinə - "üçüncü təbəqə" anlayışına yaxın idi.

Həmçinin "burjuaziya" sözü keçmiş SSRİ-də uzun müddət xarici ölkələrin varlı təbəqələrini adlandırmaq üçün istifadə edilirdi. Həmçinin imkanlı insanlar da bu adla çağrılırdı.

Faiq Azər
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti