Bakıda və Abşeronda küləyin maksimal sürəti açıqlanıb

8-07-2017, 11:42
Oxunub: 392
Şimal-qərb küləyi mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək


“İyulun 5-dən paytaxt Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyinin arabir güclənməsi müşahidə olunur”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. O bildirib ki, Bakı və Abşeron yarımadasında küləyin maksimal sürəti arabir 19-24 m/san-dək güclənib.
G. Məmmədova qeyd edib ki, iyulun 9-da mülayim şimal-qərb küləyi mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti