II və III ixtisas qrupları üzrə abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər

8-07-2017, 10:57
Oxunub: 394
“İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər


İyulun 14-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. Dövlət İmthan Mərkəzinin (DİM) Mətbuat xidmətindən “Report”a bildirilib ki, imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti