Donald Tramp G20 sammitinə gəlib

7-07-2017, 13:40
Oxunub: 216
D.Tramp sammitdə iştirak etmək məqsədilə Hamburqa gəlib


ABŞ prezidenti Donald Tramp G20 sammitində iştirak etmək məqsədilə Hamburqa gəlib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Donald Tramp və cari sammitin ev sahibi kimi liderləri qarşılayan Almaniya kansleri Angela Merkel bir-birini salamlayıb və qısa fikir mübadiləsindən sonra əl sıxışıblar.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentlərinin ilk görüşünün məhz G20 sammiti çərçivəsində keçiriləcəyi gözlənilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti