Tramp Polşaya gəldi

6-07-2017, 10:58
Oxunub: 103
Geniş tərkibdə görüş keçiriləcək


ABŞ prezidenti Donald Tramp Polşaya səfərə gəlib.

APA-nın verdiyi xəbərə görə, səfərlə bağlı rəsmi tədbirlərə bu gün start veriləcək.

İyunun 7-də D.Tramp Polşa rəsmiləri ilə görüşəcək. Əvvəl ABŞ dövlət başçısı və Polşa prezidenti Ancey Duda arasında təkbətək, sonra isə geniş tərkibdə görüş keçiriləcək.

Daha sonra D.Tramp Mərkəzi Avropa, Baltikyanı və Balkan ölkələrinin başçılarının qatılacağı “Üç dəniz ölkələri” sammitində iştirak edəcək.

Sonda ABŞ prezidenti Polşa paytaxtının Krasinski meydanında “Varşava Üsyanı” abidəsinin önündə nitq söyləyəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti