Azərbaycan baş prokurorunun müavini Moldovaya səfər edib

5-07-2017, 15:29
Oxunub: 265
Keçirilmiş görüşlərdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.


Azərbaycan baş prokurorunun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Moldovaya səfər edib.

APA-nın Moldovadakı müxbirinin verdiyi məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Moldova Milli Anti-Korrupsiya Mərkəzində olub.

Nümayəndə heyətini Mərkəzin rəisi Viorel Ketraru qəbul edib. Görüş zamanı ölkələrimiz arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti həmçinin Moldova baş prokuroru Eduard Xarunjena ilə görüşüb. Görüşdə Moldova və Azərbaycan baş prokurorluqları arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılıb, prioritet əməkdaşlıq sahələri müəyyən edilib.

Azərbaycan nümayəndə heyəti Moldovanın Anti-Korrupsiya Prokurorluğunun inzibati binasını ziyarət edib, Anti-Korrupsiya Prokurorluğunun Baş prokuroru Viorel Morarla görüş keçirilib. Görüş zamanı ölkələrimizdə korrupsiya və sair neqativ hallara qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər barədə müzakirələr aparılıb, eləcə də qarşı tərəfə ASAN Xidmət mərkəzlərinin fəaliyyəti barədə geniş məlumat verilib. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər Moldova rəsmiləri tərəfindən yüksək qiymətləndirilərək bu istiqamətdə ölkəmizin təcrübəsinin öyrənilməsinə maraq ifadə edilib.

Keçirilmiş görüşlərdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti