Gürcüstan Azərbaycana şərab ixracını artırıb

5-07-2017, 15:26
Oxunub: 242
Beşliyə Rusiya ilə yanaşı, Çin (3,8 milyon şüşə), Ukrayna (2,9 milyon), Polşa (1,2 milyon) və Qazaxıstan (1,1 milyon) daxildir


2017-ci ilin yanvar-iyun aylarında Gürcüstandan Azərbaycana  şərab ixracı artıb.

APA-nın Gürcüstan bürosu ölkənin Milli Şərab Agentliyinin məlumatına istinadla xəbər verir ki, bu dövr ərzində Azərbaycana şərab ixracı 241% artaraq 87 402 şüşə şərab təşkil edib.

Gürcüstan cari ilin ilk altı ayı ərzində dünyanın 44 ölkəsinə ümumilikdə 31,5 milyon şüşə şərab ixrac edib. Bu göstərici 2016-cı ilin analoji göstərici ilə müqayisədə 59% çoxdur.

Gürcüstan şərabının ən çox ixrac olunduğu ölkələrin beşliyinə Rusiya liderlik edir. 2017-ci ilin yanvar-iyun aylarında bu ölkəyə 19,3 milyon şüşə gürcü şərabı ixrac olunub. Beşliyə Rusiya ilə yanaşı, Çin (3,8 milyon şüşə), Ukrayna (2,9 milyon), Polşa (1,2 milyon) və Qazaxıstan (1,1 milyon) daxildir.

Gürcüstandan ixrac olunmuş şərabın ümumi dəyəri 70,5 milyon dollar təşkil edib ki, bu da 2016-cı ilin analoji dövründə əldə olunmuş gəlirdən 51% çoxdur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti