ABŞ-dan İrana qarşı yeni sanksiyalar

12-04-2013, 10:09
Oxunub: 575


ABŞ hökuməti İrana qarşı yeni sanksiyalar tətbiq edib. APA-nın "İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın maliyyə nazirliyi bəyanatla çıxış edib.

Sanksiyalar İsveçrədə fəaliyyət göstərən və daha əvvəl "qara siyahı”ya daxil olunmuş İranın Milli neft şirkəti tərəfindən idarə olunan və onun nəzarətində olan Naftiran Intertrade neft treyder şirkətinə tətbiq edilib. "Qara siyahı”ya həmçinin "hər iki şirkətə maliyyə və texniki dəstək verən iranlı sahibkar Babək Mörtezə Zənjani daxil olunub. 

Bundan başqa, sanksiyalar həmçinin Malayziyanın İlk İslam İnvestisiya bankına tətbiq olunub.

"Beynəlxalq sanksiyalar gücləndikcə, İran pul yuyulması texnologiyalarına əl atmağa başlayıb”, deyə maliyyə nazirinin müavini Devid Koen qeyd edib. Onun sözlərinə görə, İran "saxta adlardan və yalandan istifadə etməklə öz neftini daşıyır və vəsaitləri köçürür”.  
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti