Bakıda bıçaqlama hadisəsi

12-04-2013, 09:21
Oxunub: 2659


Bakının Sabunçu rayonunda gənc bir oğlana bıçaq xəsarəti yetirilib.

 

Etatist.com-un anspress-ə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Bilgəh qəsəbəsi, 28 may küçəsində baş verib. Həmin ünvanda yaşayan 23 yaşlı Kərimov Elman Malik oğlu qarnının ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına gətirilib və dərhal da əməliyyat otağına qaldırılıb. Həkimlər hazırda Elman Kərimovun əməliyyatdan sonrakı vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Hadisənin səbəblərini isə Sabunçu rayon polis idarəsinin istintaqçıları araşdırır. Yaxınlarının polisə verdiyi ilkin məlumata görə, Elman Kərimov xəsarəti özü-özünə yetirib. Hazırda polis bu faktın üzərində araşdırmalar aparır.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti