Köln şəhərində Azərbaycan vətəndaşları üçün səyyar konsulluq qəbulu təşkil olunub

4-07-2017, 19:22
Oxunub: 386
Ətraflı məlumatlar diqqətə çatdırılıb


 Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Köln şəhərində Azərbaycan Respublikası vətəndaşları üçün səyyar konsulluq qəbulu təşkil edilib. 

"Report"a səfirlikdən verilən məlumata görə, qəbul zamanı səfirliyin əməkdaşları tərəfindən vətəndaşlarımıza konsulluq-hüquq sahəsində məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb, sənədləri qəbul edilib və səfirliyin konsulluq şöbəsində göstərilən xidmətlər barədə ətraflı məlumatlar diqqətə çatdırılıb.

Həmin gün Şimali Reyn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları ilə görüş keçirilib. Görüş zamanı Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə nəzər salınıb, qarşıda duran işlərdən danışılıb, fəaliyyətin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün təkliflər səsləndirilib, eləcə də səfirliyin diasporla əməkdaşlığı məsələlərinə toxunulub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti