“Azərenerji” ötən ay 1,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib

4-07-2017, 18:10
Oxunub: 255
"1,593 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib”


2017-ci ilin iyun ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,537 milyard kilovat-saat olub.

Bu barədə “APA-Economics”ə “Azərenerji” ASC-nin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.

“Eyni zamanda, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.  Ötən ilin iyun ayı ilə müqayisə edəndə görürük ki, həmin dövrdə “Azərenerji” ASC-də 1,593 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib”, - deyə məlumatda vurğulanıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti