Çində baş verən daşqınlar nəticəsində 33 nəfər ölüb, 15 nəfər itkin düşüb

4-07-2017, 13:28
Oxunub: 431
Yağışlı hava iyulun 9-dək davam edəcək


 Çinin cənub əyalətlərində baş verən daşqınlar nəticəsində 33 nəfər ölüb, 15 sakin isə itkin düşmüş sayılır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, iyulun 2-dən başlayan leysan ölkənin bir neçə əyalətini əhatə edərək, 9,3 milyon insanın həyatına zərər vurub.

İnformasiyaya əsasən, Anxoy, Tszyansi, Xubey, Xunan, Sıçuan, Quyçjou əyalətləri və Quansi-Çjuan muxtar bölgəsindən yüz minlərlə sakin təxliyyə edilib. Təbii fəlakət nəticəsində Çin iqtisadiyyatına 2,65 milyard dollar (18 milyard yuan) məbləğində ziyan dəyib. 19 mindən çox bina dağılıb, daha 189 min binaya, kənd təsərrüfatının 668,2 milyon hektarlıq əkin sahəsinə zərər dəyib.

Meteoroloqlar bildirib ki, Sıçuan və Xunan da daxil olmaqla bir sıra əyalətlərdə yağışlı hava iyulun 9-dək davam edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti