"Mirzə Cəlil tənqidində maarif yox idi" - Oxucudan müsahibə

4-07-2017, 12:13
Oxunub: 3346
"Xalqı birdən-birə bu cür "yükləmək" lazım deyildi"


“Oxucudan müsahibə” layihəsinin bu dəfəki qonağı “Kitabıstan” dostlar qrupunun üzvü Fazil Hənifəyevdir.  

Etatist.com sözügedən müsahibəni təqdim edir:

Müsahibələrə qatılmaq üçün BU LİNK vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

- Kitab oxumağa nə vaxtdan başlamısınız?
- Uşaqlıqdan oxuyurdum. Sonra kitabın mahiyyətini anlamadığım üçün mütaliəni dayandırdım. Yenidən oxumağa başlayanda isə gündə 100-150 səhifə oxuyurdum. Mütaliəyə ac idim.

- İlk oxuduğunuz kitab yadınızdadır?
- “Can nənənin nağılları” (gülür).

- Bəs bu gün hansı mövzuya daha çox üstünlük verirsiniz?
- Fəlsəfi janrında olan romanları sevirəm. XVIII-XIX əsrlərin macəra romanlarını da bəyənirəm. Bir də şeir oxuyuram.

- Bu gün cəmiyyət olaraq hansı fəlsəfəni mənimsəsək cəmiyyətimiz daha çox inkişaf edər? Ümumiyyətlə, fəlsəfə lazımdırmı?
- Bu gün ətrafımda elə adamlar var ki, heç fəlsəfənin nə olduğunu bilmir. Biz birinci fəlsəfənin nə olduğunu bilməli, onun təməlini öyrənməliyik. Desən ki, get Hegeli oxu, gedib oxuyacaq, amma anlamayacaq.

- Azərbaycan ədəbiyyatı azərbaycanlıya xitab edə bilirmi?
- Müasir ədəbiyyatdan çox narazıyam. Məni qane etmir. Ötən əsrdə ədəbiyyat daha maraqlı idi. İndi isə monotonluq var.

- Kimləri oxuyub bu nəticəyə gəlmisiniz?
- Həmid Herisçi, Seymur Baycan, Günel Mövlud, Aqşin Yenisey.

- Mütaliə sizdə nəyi dəyişdi?
- Tənqid etməyi sevirdim. Sonra fərqinə vardım ki, bu yanlışlar məndə də var və onları müalicə etməyə başladım.

"Mirzə Cəlil tənqidində maarif yox idi" - Oxucudan müsahibə

- Mirzə Cəlil tənqidi ilə Axundzadə tənqidi arasında hansı fərqləri görürsünüz?
- Axundzadənin boynuna düşən yük daha ağır idi. Mirzə Cəlil tənqidində isə maarif yox idi. Bu gün hələ də Axundzadəyə qarşı olanlar var. Onun tənqidi hələ də aktualdı.

- Bəs, bu tənqid lazım idimi?
- Əslində, xalqı birdən-birə bu cür “yükləmək” lazım deyildi. Amma, indi biz Sartrı anlayırıqsa, bu, onun xidmətidir.

- Azərbaycan yazıçısının sosial problemləri var və bu bəzən onun özünüifadəsinə mane olur...
- Əlbəttə. Evə çörək aparmaq üçün çalışmalıdır bəzən, bu normaldır. Amma inkişafdan saxlayır.

- Özünüzü “Kitabıstan” vətəndaşı hesab edirsiniz?
- Kitab oxuyan hər kəs “Kitabıstan” vətəndaşıdır.

Rəvan Cavid
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti