Neftçalada maşın su kanalına düşüb, biri uşaq olmaqla 3 nəfər xəsarət alıb

2-07-2017, 20:41
Oxunub: 374
Hər üçü Neftçala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb


Neftçalada avtomobilin su kanalına düşməsi nəticəsində 3 nəfər xəsarət alıb.

"Rreport”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Müşfiqabad kəndi ərazisində qeydə alınıb.

Salyan sakini, 48 yaşlı Elman Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil ilə hərəkətdə olarkən anidən idarəetməni itirib, nəticədə maşın yolun kənarındakı su kanalına düşüb. Yaxınlıqdakı adamaların köməkliyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alan Salyan şəhər sakinləri - 55 yaşlı Həcər Əliağa qızı Əliyeva, 52 yaşlı Aytən Əliyeva və 10 yaşlı Ayşən Elman qızı Əliyeva son anda sudan çıxarılıb. Hər üçü Neftçala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti