Türkiyə 20 min müxalif döyüşçü ilə Suriyada yeni əməliyyata hazırlaşır

2-07-2017, 14:50
Oxunub: 218
İlk hədəf Tel Rifat şəhəri və Minnak hərbi hava bazasıdır


Türkiyənin dəstəklədiyi Müxalif Azad Suriya Ordusu PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-nin nəzarətindəki Afrinə hücuma hazırlaşır.

APA-nın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, ilk hədəf Tel Rifat şəhəri və Minnak hərbi hava bazasıdır.

Hücum əməliyyatına başlanılması ilə bağlı hazırlıqlar başa çatıb. Müxalif Azad Suriya Ordusu “Fərat qalxanı” əməliyyatında olduğu kimi yeni əməliyyat da Türkiyə ordusunun dəstəyi ilə həyata keçirəcək. Sultan Murad taborunun komandiri Fehim İsa bildirib ki, Afrin əməliyyatı Əl-Bab şəhərinin mühasirəyə alınması əməliyyatından daha asan keçəcək. Çünki Müxalif Azad SuriyaOrdusu “Fərat qalxanı” çərçivəsində Əl-Bab əməliyyatına 5 min döyüşçü cəlb etmişdisə, artıq müxalif döyüşçülərin sayı 20 min nəfərə çatıb. F. İsa deyib ki, PYD/YPG terror təşkilatı Suriyanın ərazi bütövlüyünü təhdid edir və terrorçular bu torpaqlardan təmizlənəcək. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti