Bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək Bazarının Təhlili və Statistika Şöbəsinin müdisi İsa Həsənov verdiyi açıqlama ilə medianın gündəminə gəlmişdi. O, açıqlamasında bildirib ki, əgər bir şəxs 120-200 arası maaşla dolana bilmirsə, bu onun öz günahıdır.
Etatist.com olaraq ilk öncə deputat və siyasətçilərin bu məsələyə münasibətini öyrənmişdik. XƏBƏR.
Bu dəfə isə şəhər sakinləri arasında sorğu keçirib onların bu məsələyə münasibətini öyrəndik. Sakinlər hamısı birmənalı olaraq bu qədər maaşla yaşamağın mümkünsüz olduğunu bildirdi.