"Kitab insanın baxış bucağını dəyişir" - Oxucudan müsahibə

2-07-2017, 12:32
Oxunub: 3424
"Sonuna kimi mübarizə aparacağıq"


“Kitabıstan” bu dəfə Göyçayda aktiv kitab təbliğatçısı kimi tanınan Aydın Hacıyevdən müsahibə alıb.

Etatist.com həmin müsahibəni oxucularına təqdim edir. 

- "Kitabıstan" layihəsi ilə tanışsınız?
- Bəli tanışam. Gözəl təşəbbüsdür, maraqlı müsabiqələr keçirilir, cəmiyyətimizə kitab oxumağın faydalı olduğunu aşılayır. Düşünürəm ki, bu layihə uğur qazanmış layihələrin sırasında olacaq.

- Sizcə bölgələrimizdə kitaba münasibət necədir?
- Bakıya nisbətən çox zəifdir. Amma bəzi bölgələr çox aktivdir. İmişli rayonunda kitab- müzakirə klubunun olması sevindirici haldır. Şəkidə bir dostum kitab satışı ilə məşğul olur, dediyinə görə satış yaxşıdır. Bəzi rayonlarda isə kitab oxuyanların sayı azalıb. Misal üçün bizim rayonda - Göyçayda  mütaliə sıfır səviyyəsindədir.

- Bəs siz Göyçay əhalisinin kitab oxuması üçün hansı təşəbbüsləri etmisiniz?
- Biz kollektiv şəkildə fəaliyyət göstərmişik, layihələr hazırlamışıq, kitab təbliğatı aparmışıq. Əhatəmizdəki insanlarla müzakirələr təşkil edirik. Hər halda ümidsizliyə qapılmırıq, sonuna kimi mübarizə aparacağıq.

- Azərbaycan yazıçılarından kimləri bəyənmirsiniz?
- Şəhriyar del Gerani, Qaraqan, Elxan Elatlı. Bu yazarları bəyənmirəm. Bəzilərinin fikirləri plagiatdır, bəzilərinin sadəcə üslübunu, janrlarını bəyənmirəm.

- Hal hazırda hansi kitabi oxuyursunuz?
- Lev Tolstoyun "Etiraf" kitabını.

- Nə öyrəndiniz bu kitabdan?
- Bildiyimiz kimi kitabın baş qəhrəmanı Lev Tolsoyun özüdür. Mənim ən çox diqqətimi cəlb edən məsələ Lev Tolsotoyun inanc məsələsinə məsuliyyətli yanaşmasıdır. Uşaq ikən belə araşdırmağa başlayıb. “İnanc həyat qüvvəsidir. Əgər insan yaşayırsa, deməli, o nəyəsə inanır”. Bu sözlər də Tolstoya aiddir.

- "Kitabıstan" vətəndaşlarına hansı 3 kitabı oxumağı məsləhət görürüsünüz?
- Amin Orucov “Tuflinlər”, Karamzin - “Zavallı Liza”, Lev Tolstoy - “Etiraf”

- Oxuduğunuz kitabları həyatınızda tətbiq edə bilirsiniz?
- Elə bir kitab olmayıb ki, onu oxuyub həyatımda tətbiq etməyim.

- Kitablar sizə uğur gətirib?
- Kitabları oxumaqda uğur qazanmaq kimi bir məqsədim olmayıb. Amma yenə də deyə bilərəm ki, həyatımın bəzi hissələrində uğur gətirib.

- Sizcə Azərbaycanda kitab oxuyanlar kitab oxumayanlara nəyə görə məğlub olurlar?
- Müşahidə etdiyim qədərilə bunu deyə bilərəm ki, kitabın insanın baxış tərzini dəyişmək kimi potensialı var. Dar düşüncəlikdən, fikir bakirəliyindən qurtulmaq... Bu artıq 1-0 kitab oxuyanların qalib olmasına dəlalətdir.

- Özünüzü “Kitabıstan” vətəndaşı hesab edirsiniz?
- Harda kitab oxuyan bir cəmiyyət varsa, mən o cəmiyyətin vətəndaşıyam.
Nicat Həşimzadə
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti