Nazir: "Bolqarıstan Azərbaycanın tranzit imkanlarından yararlana bilər"

1-07-2017, 15:21
Oxunub: 254
Bolqarıstan kapitallı 9 şirkət fəaliyyət göstərir


Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda səfərdə olan Bolqarıstan parlamentinin Büdcə və maliyyə üzrə komissiyasının sədri Menda Stoyanovanın başçılıq etdiyinümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, Ş.Mustafayev dövlət başçılarının iki ölkə arasında əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini vurğulayıb. Bildirilib ki, Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq üçün müqavilə-hüquqi baza yaradılıb, təkcə iqtisadi sahədə 20-dən çox sənəd imzalanıb. Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının fəaliyyəti əlaqələrin inkişafında əhəmiyyətlidir. Ötən il keçirilmiş Azərbaycan-Bolqarıstan biznes-forumu iş adamları arasında birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi baxımından mühüm rol oynayıb. Azərbaycanda Bolqarıstan kapitallı 9 şirkət fəaliyyət göstərir.

Görüşdə həmçinin, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, aparılan iqtisadi islahatlar, özəl sektorun gücləndirilməsi, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Nazir Ş.Mustafayev Azərbaycanın əlverişli biznes və investisiya mühitini qeyd edərək, iqtisadi əlaqələrin inkişafı, xüsusilə energetika, təhsil, turizm, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb. Bolqarıstan iş adamları iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sənaye parklarına və aqroparklara investisiya yatıra bilərlər.

Qeyd edilib ki, Azərbaycan regionun tranzit qovşağıdır və bu sahədə iri layihələr həyata keçirilir və Bolqarıstan bu tranzit imkanlarından yararlana bilər.

Bolqarıstan Parlamentinin komissiya sədri M.Stoyanova Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti