Braziliyada əmək və pensiya islahatlarına qarşı etiraz aksiyaları keçirilib

1-07-2017, 13:41
Oxunub: 306
Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib


Braziliyanın iki iri şəhəri - Rio-de-Janeyro və San-Paoloda etiraz aksiyaları keçirilib.

"Report"un "Euronews" telekanalına istinadən verdiyi xəbərə görə, yerli həmkarlar ittifaqları tərəfindən təşkil olunan aksiyaların iştirakçıları ilə polis əməmkdaşları arasında toqquşmalar baş verib.

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar Braziliyanın hazırkı prezidenti Mişel Temer və onun təklif etdiyi əmək və pensiya islahatlarına qarşı çıxış edirlər. İslahatlara əsasən, Braziliyada təqaüdə çıxma yaşı artırılacaq. Eyni zamanda, işçilərin çoxu əlavə gəlir mənbələrindən məhrum ediləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti