Əfqanıstanda partlayış nəticəsində 7 nəfər ölüb

1-07-2017, 12:02
Oxunub: 268
Hökumət partlayışın törədilməsində İŞİD terror qruplaşmasını ittiham edib


Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində İŞİD terror təşkilatı tərəfindən yol kənarına qoyulan bombanın partlaması nəticəsində 7 nəfər ölüb, azı 5 dinc sakin xəsarət alıb.

"Report" "Pajhwok.com"a istinadən xəbər verir ki, hadisə iyulun 1-də gecə yarısı, Badar-Darı rayonundan keçən yolda baş verib.

Yaralılar Hanihel xəstəxanasına təxliyyə edilib. Yerli hakimiyyət orqanları hadisə qurbanları arasında qadın və uşaqların olmadığını xəbər versə də, təhlükəsizlik xidməti əməkdaşları partlayış nəticəsində 2 qadın və 2 uşağın öldüyünü bildiriblər.

Hökumət partlayışın törədilməsində İŞİD terror qruplaşmasını ittiham edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti