Vyanada BMT-nin Korrupsiya əleyhinə KİT qrupunun sessiyası keçirilib

30-06-2017, 17:48
Oxunub: 296
Azərbaycan prezidenti İlham Əliyevin ətraflı məlumat verilib


Vyanada Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasının İmplementasiyasının Təftiş qrupunun sessiyası keçirilib. 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Heydər Məmmədov və həmin idarənin böyük prokuroru Əmir Ocaqverdiyevdən ibarət nümayəndə heyəti təmsil edib.

Konvensiyaya tərəf olan dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Konvensiyanın implementasiyasının müxtəlif aspektləri, o cümlədən implementasiya mexanizminin təkmilləşdirilməsinə yönələn addımlar müzakirə edilmiş, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində əldə olunmuş nailiyyətlərə dair səmərəli təcrübə mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri mövzular ətrafında aparılan müzakirələrdə fəal iştirak edərək korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti sayəsində ölkəmizdə ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində görülən işlər, bu sahədə ixtisaslaşmış qurumların fəaliyyəti, rüşvətxorluğun milli qanunvericilikdə Konvensiyanın müddəalarına uyğun olaraq kriminallaşdırılması aspektrləri barədə ətraflı məlumat verilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti