Güclü fırtına Moskvaya doğru hərəkət edir

30-06-2017, 14:51
Oxunub: 216
Belə hava Moskvada bu gun günün ikinci yarısından başlayacaq


Moskva regionunda yaxın zamanda dolu və sürəti saniyədə 15-20 metrə qədər çatacaq küləkli güclü fırtına gözlənilir.

"Novosti" xəbər verir ki, sinoptiklərin proqnozlarına görə, belə hava Moskvada bu gün günün ikinci yarısından başlayacaq və iyulun 1-i gecəyə qədər davam edəcək.

Rusiya Fövqəladə Hallar Nazirliyi təhlükəsizlik tədbirlərinə riayət olunmasını, reklam lövhələri, küləkdə yırğalanan tikililərdən uzaq gəzməyi və əlverişsiz hava müddətində qapalı məkanda qalmağı tövsiyə edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti