Azərbaycan səfiri Belarus parlamentinin nümayəndələri ilə görüşüb 

30-06-2017, 12:51
Oxunub: 160
Qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib


 Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədr müavini Boleslav Pirştuk ilə Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilov arasında görüş keçirilib.

"Report" Nümayəndələr Palatasının saytına istinadən xəbər verir ki, B.Pirştuk Azərbaycan səfirliyinin Belarus-Azərbaycan münasibətlərinin inkişafına dəyərli töhfələrini xüsusi qeyd edib, həmçinin ölkələr arasındakı ikitərəfli əlaqələrin yeni səviyyəyə yüksələcəyinə əminliyini ifadə edib.

Görüş zamanı tərəflər arasında yalnız ikitərəfli formatda yox, həm də Belarus və Azərbaycanın daim bir-birinə dəstək verdiyi beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin görüşdə bu il iyulun 5-dən 9-dək Minskdə keçiriləcək ATƏT-in Parlament Assambleyasının 26-cı illik sessiyası çərçivəsində birgə işlərin istiqamətləri müzakirə olunub. Tərəflər gündəlikdə dayanan bütün məsələlərdə bir-birinə dəstək verməklə bağlı razılığa gəliblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti