Sabah Bakının bu ərazilərində qaz olmayacaq

29-06-2017, 19:51
Oxunub: 88
Təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq


Bakı şəhəri Binəqədi rayonunun qaz təchizatında məhdudiyyət olacaq.

Virtualaz.org “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir ki, daşıyıcı qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar 30 iyunda saat 10:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılacaq.

Görulən işlər zamanı Binəqədi rayonunun 6,7,8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor və Biləcəri qəsəbələrinin, Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Xətai rayonunun Nobel, Xocalı prospektləri, OPD qəsəbəsi, NZS Aşıq Qurban, Yusif Səfərov, Mingəçevir küçələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti