Yasamal, Sabunçu və Binəqədi rayonlarının qaz təchizatında məhdudiyyət olacaq

29-06-2017, 19:17
Oxunub: 428
Sabunçu və Binəqədi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq


Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz xətti üzərindəki qaz tənzimləyicinin əvəzlənməsi, yeni çəlikmiş 200mm-lik polietilen qaz xəttinin mövcud qaz xəttinə qoşulması və qaz sızmalarının ləğv olunması ilə əlaqədar 23 iyun 2017-ci il tarixdəsaat 09:00-dan işlər yekunlaşanadək nəzərdə tutulmuş təmir işləri aparılır. 

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görulən işlər zamanı Yasamal, Sabunçu və Binəqədi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Abşeron rayonunun Çiçək və Müşviqabad qəsəbəsi, həmçinin Xırdalan şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq. 

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti