Lisey və gimnaziyalara qəbul olunmayan uşaqlar digər məktəblərə yerləşdiriləcək

29-06-2017, 12:09
Oxunub: 326
"Bu günlərdə qəbul nəticələri açıqlanacaq"


“Bəzi məktəblərdə qəbul prosesi artıq bitib. Valideynlər övladlarının lisey və gimnaziyalarda təhsil almasına üstünlük veriblər. Onlar uşaqların adi məktəblərdə təhsil almasını seçməyiblərsə, sonradan yaranan narazılıqlarını başa düşürəm. Amma təəssüf ki, bütövlükdə bu proses cəmiyyətin ixtiyarına verilib. Düşünürəm ki, istədiyi məktəbə qəbul olma imkanı olmayan uşaqlar da ərazidəki digər məktəblərə yerləşdiriləcək”.

APA-nın xəbərinə görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva I sinfə qəbul zamanı lisey və gimnaziyaları seçən uşaqların imtahanlardan keçmədikləri halda sonradan məktəblərə qəbul olub-olmayacağı ilə bağlı yaranan narahatlığa aydınlıq gətirərkən deyib. 

M. Vəliyeva qeyd edib ki, bu günlərdə qəbul nəticələri açıqlanacaq: “Hələlik bununla bağlı idarəyə müraciətlər olunmayıb. Əhalini tam əmin etmək istəyirəm ki, bütün müraciətlərə həssaslıqla baxılacaq və uşaqların məktəblərdə yerləşdirilməsini yerinə yetirəcəyik”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti