Nazir: “Təhsil müəssisələrinin optimallaşdırılması prosesi davam etdirilir”

29-06-2017, 12:02
Oxunub: 457
"Peşə təhsil müəssisələri optimallaşdırılıb"


Peşə təhsili sistemində təhsil müəssisələrinin optimallaşdırılması prosesi davam etdirilir.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarovdeyib. O bildirib ki, artıq bir çox peşə təhsil müəssisələri optimallaşdırılıb, onların bazasında daha böyük imkanlara və geniş resurslara malik olan peşə tədris mərkəzləri yaradılıb: “Bunun əsas məqsədi təhsil alanlar üçün təhsilin keyfiyyətinin qaldırılmasıdır. Nəticədə peşə təhsili müəssisəsini bitirən hər bir məzun iş yerini daha asanlıqla, daha yüksək əmək haqqı ilə əldə etmək imkanına malik olur”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti